21:53 - 13.03.2019
13 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, martın 13-də AMB 50101173S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 340,637,800.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,4388 AZN (7.26%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 10 aprel 2019-cu il.
30 İyul 2026
29 İyul 2026
27 İyul 2026