17:31 - 5.03.2019
5 mart, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB-in məlumatına əsasən, martın 5-də AZ0105004755 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli DOİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
10 investor tərəfindən qiymət intervalı 100.0000 AZN (8%) və 100.9128 AZN (7.5%) olan 13 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.9128 (7.5%), orta ölçülmüş qiyməti də eyni səviyyədə müəyyən edilmişdir.
Nəticədə 20 milyon manat həcmində DOİ yerləşdirilmişdir.
DOİ-in ödəmə tarixi: 2 mart 2021-ci il.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026