17:24 - 27.02.2019
27 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 27-də AMB 50100973S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 853,510,100.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 27 mart 2019-cu il.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026