17:48 - 13.02.2019
13 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 13-də AMB 50100773S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 571 700.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%) təşkil edib, orta ölçülmüş qiyməti ona bərabər olub. Hərrac nəticəsində 200 milyon manat həcmində qısamüddətli istiqrazların yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 13 mart 2019-cu il.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026