18:12 - 12.02.2019
12 fevral, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB-in məlumatına əsasən, 12 fevral tarixində AZ0105002759 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98.2062 AZN (9.0000%) və 100.3638 AZN (7.8000%) olan 10 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0181 AZN (7.99%), orta ölçülmüş qiyməti 100.0442 AZN (7.9756%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,610,400.00 AZN yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 09.02.2021-ci il.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026