17:11 - 11.02.2019
11 fevral, Fineko/abc.az. Gürcüstan, Avropa İnvestisiya Bankı (AİB) tərəfindən ayrılan 100 milyon avro məbləğində kreditdən imtina etməli oldu.
Gürcüstan Parlamentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən,bu barədə, Aqrar Komitənin iclasında açıqlanan bülletendə bildirilib.
Sənəddə xəbər verilir ki, deputatlar, hökumət tərəfindən ratifikasiya olunması üçün təqdim edilən Gürcüstan və AİB arasında imzalanan "Gürcüstanın kənd təsərrüfatı məhsullarının istehsalı / emalı və satış zənciri" maliyyə sazişini nəzərdən keçiriblər. Bu məsələ üzrə Maliyyə nazirinin müavini Georgi Kakauridze deputatlar qarşısında çıxış edib.
Bu maliyyə müqaviləsi 2016-cı ildə imzalanıb. Nazir müavini bildirib ki, layihənin həyata keçirilməsi üçün AİB Gürcüstana 100 milyon avro məbləğində kredit ayırıb: "Kənd Təsərrüfatı Nazirliyinin səylərinə baxmayaraq, Gürcüstanın kommersiya bankları valyuta riskinin öhdəliklərini üzərinə götürə bilmədi. Nəticədə fermerlər üçün avroda kreditin faiz dərəcəsi çox (illik 8-9%) oldu və məqsədəuyğun olmadı. Buna görə hökumət ayrılmış kreditdən imtina etməyi qərara aldı”, - Kakauridze belə deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı AİB ilə danışıqlar aparılmış və yuxarıda göstərilən məbləğ çərçivəsində yeni bir layihənin həyata keçirilməsi yolları axtarılır. Kakauridzenin sözlərinə görə, söhbət, meliorasiya infrastrukturunun inkişafı layihəsi haqqında gedir.
Nazir müavini deyib ki, 2018-ci ildə Gürcüstanla AİB arasında kreditin ləğv edilməsinə dair müqavilə imzalanıb. Müqavilənin qüvvəyə minməsi üçün Gürcüstanın Parlamenti tərəfindən sənədin ratifikasiyası vacibdir. Yaxın günlərdə bu məsələ ali qanunverici orqanın baxılmasına təqdim olunacaq.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026