17:10 - 6.02.2019
6 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 6-da AMB 50100673S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 576,861,500.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 06 mart 2019-cu il.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026