17:28 - 29.01.2019
29 yanvar, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.
BFB-in məlumatına əsasən, 29 yanvar tarixində AZ0106001750 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645 AZN (10.0356 %) və 100.0774 AZN (8.9568 %) olan 5 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962%) müəyyən edilmişdir. Sifarişlərin yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 25.01.2022-ci il.
30 İyul 2026
29 İyul 2026