17:12 - 23.01.2019
23 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, yanvarın 23-də AMB 50100473S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) olan 29 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 618,123,100.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 20 fevral 2019-cu il.
27 İyul 2026