10:00 - 23.01.2019
23 yanvar, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.
BFB xəbər verir ki, yanvarın 22-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104001745 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (9.9999%) və 93.4000 AZN (7.1053%) olan 17 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8526 AZN (7.7399%), orta ölçülmüş qiyməti 92.8771 AZN (7.7114%) müəyyən edilmişdir.
Nəticədə 25 milyon manat həcmində DQİ yerləşdirilmişdir.
İstiqrazların ödəmə tarixi 21 yanvar 2020-ci il.