11:28 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə yeni məktəb binalarının quraşdırılması ilə bağlı iri həcmli tenderlər elan edib.
Elan olunmuş birinci tender çərçivəsində ölkə ərazisində 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binasının quraşdırılması işlərinin satınalınması nəzərdə tutulur. Bu layihənin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manat təşkil edir. Müsabiqədə iştirak haqqı 1 907 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Layihə üzrə əlaqələndirici şəxs idarənin baş mütəxəssisi Şaban Məmmədovdur.
Qurum tərəfindən elan olunmuş ikinci tenderdə isə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Bu satınalmanın ehtimal olunan dəyəri 12 milyon 313 min 831 manat olaraq qiymətləndirilir. Sözügedən tenderdə iştirak haqqı 1 847 manat, istifadə haqqı 25 manat təşkil edir və əlaqələndirici şəxs kimi baş mütəxəssis Nuranə-Gülgün Salahova təyin olunub.
Ümumilikdə hər iki tender çərçivəsində ölkə üzrə 40 ədəd modul və 4 ədəd konteyner tipli məktəb binasının tikintisi və quraşdırılması işlərinə 25 milyon 30 min 249 manat vəsaitin ayrılması nəzərdə tutulub.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026