12:15 - 4.09.2026
4 sentyabr, Fineko/abc.az. SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Georgia Petroleum” qrupa aid İtaliyanın “Italiana Petroli” şirkətindən bu ölkəyə “EN 228” Avropa standartına uyğun 5 min ton yüksək keyfiyyətli benzin idxal edib.
Bu, SOCAR-ın 8 may 2026-cı ildə “Italiana Petroli”nin 99,82% səhmlərini almasından sonra iki şirkət arasında həyata keçirilən ilk birbaşa kommersiya əməliyyatıdır. Yanacağın ilk partiyası Gürcüstana gəmi ilə çatdırılıb.
Əməkdaşlığın əsas məqsədi Gürcüstan bazarında Avropa standartlarına cavab verən yanacaq təchizatını şaxələndirmək, daha etibarlı və fasiləsiz təchizatı təmin etməkdir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026