09:51 - 20.12.2018
20 dekabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 19 dekabr tarixində AMB 50100972S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
8 investordan 158 267,9 min manat məbləğində 15 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli notlar üçün 99,2668 manatdan (gəlirlilik 9,50%) 99,4004 (7,76%) manata qədər təklif etmişlər.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,2668 manat (gəlirlilik 9,50%), orta ölçülmüş qiymət 99,3247 AZN (8,74%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə qismən, 158 267,9 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 16 yanvar 2019-cu il.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026