11:19 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Təmizlik xidmətləri sahəsində fəaliyyət göstərən “ALPA” ASC 2025-ci ili 4,6 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 95,2% azdır.
ABC.AZ xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 1,9% azalaraq 195 min manata düşüb. Satışın maya dəyəri isə 115,2% artaraq 189,2 min manata yüksəlib. Nəticədə BFB-də səhm emissiya etmiş bu şirkətin ümumi mənfəət 94,8% azalaraq 5,8 min manat təşkil edib.
Vergidən əvvəlki mənfəət 77,1% azalaraq 5,8 min manata, mənfəət vergisi isə 77,0% azalaraq 1,2 min manata enib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026