Bitkoin FRS-nin qərarı ərəfəsində 64 000 dollar səviyyəsində qərarlaşıb

11:08 - 29.07.2026


29 iyul, Fineko/abc.az. İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin (FES/FRS) pul-kredit siyasətinə dair qərarı ərəfəsində iri paylı mərclərdən çəkinməsi fonunda bitkoin çərşənbə günü cüzi bahalaşaraq 64 000 dollar həddinə yaxın mövqeyini qoruyub.

 Bununla yanaşı, süni intellekt sektorunda fəaliyyət göstərən texnologiya şirkətlərinin səhmlərində satışların yenidən canlanmasına baxmayaraq, kriptovalyuta davamlılıq nümayiş etdirib.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 09:56-ya olan vəziyyətə görə 1% artaraq 64 075,5 dollar səviyyəsində ticarət olunub.

Əvvəlki sessiyada bitkoin süni intellekt sektorunun təsiri ilə qlobal səhm bazarında baş verən kütləvi satışların ardınca 63 000 dollardan aşağı düşmüşdü.