11:57 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manatlıq məhsul istehsal edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib. Hazırda Agentliyin idarə etdiyi sənaye parkında 6 rezident fəaliyyət göstərir.
Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bunun 98,23 milyon manatı artıq layihələrin icrasına yönəldilib.
Parkda həyata keçirilən layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə ümumilikdə 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.