Almaniyada sənaye istehsalı avtomobil sektorunun hesabına proqnozları üstələdi

12:11 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Almaniyada sənaye istehsalı may ayında aprellə müqayisədə 0,9% artaraq analitiklərin proqnozlarını (+0,2%) xeyli üstələyib. Artımın əsas drayveri avtomobil sənayesi olub — bu sahədə istehsal 3,6% artıb.

Məlumata görə, üç aylıq ifadədə (mart–may) artım əvvəlki dövrlə müqayisədə 0,1% təşkil edib. Aprel ayı üzrə göstəricilər isə aşağı istiqamətdə yenidən nəzərdən keçirilib — əvvəlki 0,4% əvəzinə 0,2% artım qeydə alınıb.

Bundan əvvəl bildirilib ki, may ayında sənaye sifarişləri 1,9% artaraq iri müqavilələr nəzərə alınmadan da dayanıqlı dinamika nümayiş etdirib.