16:36 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin ümumi dəyəri 50 000 000 manat olan faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlarının kütləvi ticarətinə icazə verilib.
ABC.AZ BFB-nin rəsmi məlumatına istinadən xəbər verir ki, qiymətli kağızların abunə yazılışı prosesi 3 iyul 2026-cı il tarixində başlayacaq və 1 avqust 2026-cı il tarixinədək davam edəcək. Emissiyanın anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.
İstiqrazların emissiya parametrləri aşağıdakı kimidir:
• İstiqrazların sayı: 500 000 ədəd
• Nominal (ilkin ticarət) qiyməti: 100 manat
• İllik gəlirlilik dərəcəsi: 10%
• Tədavül müddəti: 1 il
• Faizlərin ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir (aylıq ödəniş)
• Dövlət qeydiyyat nömrəsi (ISIN): AZ2018005150
İstiqrazların emissiya prospekti BFB-nin rəsmi internet səhifəsində “Emitentin profili” bölməsində yerləşdirilib. Ticarətə rəsmi buraxılış tarixi isə emitent tərəfindən əlavə olaraq bildiriləcək.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026