QDTİB Azərbaycanda 500 milyon avroluq layihələri maliyyələşdirib

11:45 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda ümumi dəyəri 500 milyon avroya yaxın layihələri maliyyələşdirib.

ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev QDTİB-nin Bakıda keçirilən Rəhbərlər Şurasının 28-ci illik toplantısında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, QDTİB Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutlarından biridir:

"Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığının uzun tarixi var. Ölkəmiz 1994-cü ildən bankla əməkdaşlıq edir. Bu müddət ərzində Azərbaycanda ümumi dəyəri təxminən 500 milyon avroya yaxın olan müxtəlif layihələr bank tərəfindən maliyyələşdirilib. Həmin layihələr arasında yerli banklar vasitəsilə kiçik və orta biznesə ayrılan maliyyə dəstəyi ən mühüm istiqamətlərdən biri hesab olunur".