Dünya Bankı 2031-ci ilə qədər Çinə kredit verməyi dayandırmaq istəyir

10:47 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Dünya Bankı Çinin kreditləşməsini 2031-ci ilə qədər 2 milyard dollardan çox olmayan məbləğlə məhdudlaşdırmağı və bu tarixdən sonra ölkəyə kredit verməyi tamamilə dayandırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Financial Times yazır.

Nəşrin məlumatına görə, çoxtərəfli kreditor Direktorlar Şurasına baxılması üçün müvafiq təklif göndərib. Şura üzvləri bu planın müzakirəsini 20 iyul həftəsi üçün planlaşdırdılar.