20:01 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Cari ilin iyulun 1-dən etibarən Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında xarici elektron ticarətin tənzimlənməsinə dair yeni qaydalar qüvvəyə minir. Avrasiya İqtisadi Komissiyasının (AİK) Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi departamentinin direktor müavini Aleksey Artemyevin sözlərinə görə, hazırda elektron ticarət ittifaqın ən dinamik inkişaf edən sahəsidir.
ABC.AZ rəsmi açıqlamaya istinadən xəbər verir ki, rəqəmsal markalanma sisteminin tətbiqi ümumi bazarın qanunsuz (qaçaqmalçılıq) məhsullardan qorunmasında və ittifaq üzvü olan dövlətlərin büdcə daxilolmalarının artırılmasında yüksək effektivliyə malik alət olduğunu sübut edib.
Rəqəmsal nəzarətin effektivliyinə dair konkret ölkə nümunəsi:
Alkoqollu içkilər bazarı: Markalanma sisteminin aktivləşdirilməsi nəticəsində Qırğızıstanda qeyri-qanuni, markalanmamış alkoqol dövriyyəsinin həcmi kəskin şəkildə — 16 dəfə azalıb.
Tütün məmulatları bazarı: Analoji olaraq, ölkədə qanunsuz tütün məhsullarının dövriyyəsi 2 dəfə kiçilib.
Fiskal səmərə: Bu rəqəmsal islahatlar və kölgə iqtisadiyyatının sıxışdırılması sayəsində müvafiq sahələrdən dövlət büdcəsinə daxil olan vergi daxilolmalarının həcmi 25%-dən çox artıb.
25 İyun 2026
25 İyun 2026
24 İyun 2026
24 İyun 2026