10:52 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Bu günə qədər Hacıqabul Sənaye Parkı üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satılıb.
ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyiə istinadən xəbər verir ki, satışın 10,3 milyon manatı ixracın payına düşüb.
Parkda 576 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.
Hacıqabul Sənaye Parkı ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026