Tarixi rekord: Nikkei indeksi ilk dəfə 72 000 bəndi keçdi

10:19 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Tokio birjasında Yaponiyanın 225 aparıcı şirkətinin səhm kotirovkalarının dinamikasını əks etdirən Nikkei indeksi bazar ertəsi günü tarixdə ilk dəfə 72 min bəndlik həddi aşıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə ticarət əməliyyatlarının nəticələrində qeyd olunub.

Əvvəlki rekord cümə axşamından bəri cəmi iki iş günü davam gətirib. Səhər sessiyası zamanı indeks 1,87% və ya 1334,06 bənd artaraq 72584,15 bənd səviyyəsinə yüksəlib.

Kotirovkaların artması bazar günü İsveçrədə ABŞ və İran arasında danışıqların başlaması barədə xəbərlərlə əlaqələndirilir.