15:09 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarının ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir.
ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edərkən "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.
İ. Məmmədov uzunmüddətli kapitalın irihəcmli infrastruktur layihələrinin maliyyələşdirilməsində oynadığı rolun müzakirə olunduğu panel müzakirəsində çıxışında qeyd edib ki, qlobal miqyasda investisiya kapitalının həcmi kifayət qədər yüksəkdir: "Əsas çağırış isə bu resursların institusional standartlara cavab verən yüksək keyfiyyətli layihələrə effektiv şəkildə yönləndirilməsidir.
ARDNF-nin bu yanaşmanı praktikada necə tətbiq etdiyini izah edən İcraçı direktor bildirib ki, Fond bütün bazarlarda investisiya qərarlarını sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırır: "İtaliyadakı sərmayələrimiz də bunun bariz nümunəsidir. Nəqliyyat və enerji sektorlarında uzunmüddətli perspektivdə portfelimizdə saxlamağı hədəflədiyimiz yüksək keyfiyyətli infrastruktur aktivlərinə sərmayə yatırmışıq".
20 İyun 2026
19 İyun 2026
19 İyun 2026
18 İyun 2026