14:33 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında "Faza 3" üzrə ağır sənaye zonasında tikinti işlərinə başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Bakıda Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
"Biz 2023-cü ilin iyul ayında ilk 60 hektarlıq ərazidə tikinti işlərini tamamladıqdan sonra qapılarımızı potensial investorların üzünə açdıq. Lakin yüksək tələbat nəzərə alınaraq növbəti mərhələ üzrə - 138 hektarlıq ərazidə də tikinti işlərinə başlamaq məcburiyyətində qaldıq.
Eyni səbəbdən "Faza 3" adlanan, ağır sənaye üçün ayrılmış inkişaf sahəsində də tikinti işlərinə start verilib. Əvvəl də qeyd etdiyim kimi, Ələt Azad İqtisadi Zonasının ərazisində "Silk Way Airlines" şirkəti karqo hava limanı tikir. Ümid edirik ki, bu layihə yüksək texnologiyalar sənayesindən daha çox investoru cəlb edəcək", - deyə o qeyd edib.
19 İyun 2026
17 İyun 2026