11:29 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Gənclərin potensialını reallaşdırmaq üçün maneələr aradan qaldırılmalıdır.
ABC.AZ xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia Bakıda keçirilən IsDB Qrupunun 2026-cı İllik Toplantıda bildirib.
O qeyd edib ki, bu nəsil tarixin ən savadlı, rəqəmsal baxımdan ən çox əlaqə qurmuş və ən sahibkar nəslidir:
"Bugünkü gənclər, mənim nəslim də daxil olmaqla, əvvəlki nəsillərin təsəvvür belə edə bilmədiyi informasiya və texnologiyalara çıxış imkanına malikdirlər. Səhv etmirəmsə, mən ilk dəfə 1994-cü ildə internetdən istifadə etmişdim. Bu gün isə internetə çıxış demək olar ki, hər kəs üçün adi və zəruri reallığa çevrilib. Müasir gənclər ənənəvi maneələri asanlıqla aşır. Onlar məqsədyönlüdür, yaşadıqları icmalara və ölkələrinin inkişafına töhfə vermək istəyirlər. Buna görə də əsas problem gənclər arasında istedad və yaxud ambisiya çatışmazlığı deyil. Əsas məsələ onların potensialını tam reallaşdırmasına və ölkələrinin iqtisadi inkişafında daha fəal iştirakına mane olan sədlərin aradan qaldırılmasıdır".
©Report
16 İyun 2026
15 İyun 2026