10:07 - 13.06.2026
13 iyun, Fineko/abc.az. Azərbaycanda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və mənzil təminatı prosesini tənzimləyəcək yeni hüquqi mexanizm formalaşdırılır.
ABC.AZ xəbər verir ki, Milli Məclisin iclasında Mənzil Məcəlləsinə təklif edilən xüsusi dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qanun layihəsinin əsas detalları:
Yeni fondun yaradılması: Dəyişikliklərlə ölkədə yeni bir institut – “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaradılır. Bu fondun mənzilləri xüsusi təyinatlı mənzil fondunun siyahısına daxil ediləcək.
Mülkiyyət hüququnun verilməsi: Fondun tərkibindəki yaşayış sahələri birbaşa məcburi köçkünlərin azad olunmuş ərazilərə köçürülməsi və həmin evlərin/mənzillərin onların şəxsi mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
İdarəetmə qaydası: Məskunlaşma Fondunun yaşayış sahələrinə köçürülmə və mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tənzimlənəcək.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026