Regionda ən az problemli kredit Azərbaycandadır - ABA sədri

12:29 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Azərbaycanda problemli kreditlərin səviyyəsi regionda ən aşağı göstəricilərdən biridir.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin səviyyəsi region ölkələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir:

"Bəzi hallarda rəqəmlər portfelin ümumi artımı fonunda qiymətləndirilməlidir. Çünki kredit portfelinin həcmi 30,6 milyard manata yüksəlib. Portfel böyüdükcə problemli kreditlərin xüsusi çəkisində cüzi dəyişikliklərin müşahidə olunması təbii haldır. Bu, ümumi strukturun genişlənməsi ilə bağlıdır və təkbaşına mənfi dinamika kimi qiymətləndirilməməlidir".

Müəllif: Elmir Muradov