Azərbaycan ötən il beynəlxalq investisiya fondlarına 182 mln manat vəsait ayırıb

12:26 - 9.06.2026


9 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkəmizin payının maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 181.9 milyon manat vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.

Qanun layihəsinə əsasən, ayrılan vəsaitlər konkret fondlar üzrə növbəti qaydada bölüşdürülüb:

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu: 108.8 milyon manat;

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu: 42.5 milyon manat;

Türk İnvestisiya Fondu: 30.6 milyon manat.