Azərbaycanda 5 ayda qurumların 352 informasiya resursunda boşluqlar aşkarlanıb

11:46 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycandakı dövlət qurumlarının 352 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

ABC.AZ xəbər verir ki, reportun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 % azdır.

Təkcə mayda isə 49 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 6 dəfə azdır.

2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.