15:30 - 6.06.2026
6 iyun, Fineko/abc.az. "Fitch Ratings" agentliyi Azərbaycanın dövlət borcu menecmentini yüksək qiymətləndirib və ölkənin borc yükünün olduqca aşağı səviyyədə qaldığını bəyan edib.
ABC.AZ xəbər verir ki, agentliyin proqnozlarına görə, Azərbaycanın dövlət borcu 2027-ci ilə qədər ÜDM-in 21%-i ətrafında formalaşacaq. Bu göstərici ilə Azərbaycan "Fitch" tərəfindən investisiya səviyyəli reytinq verilmiş ölkələr arasında ən aşağı dövlət borcuna malik olan suveren dövlətlərdən biri statusunu qoruyur.
Xarici borc və zəmanətlər:
Mütləq azalma: Son illərdə ölkənin xarici dövlət borcu mütləq ifadədə azalıb. Gələcəkdə xarici borcun xalis artımı yalnız nəqliyyat və su təsərrüfatı sektorlarında icra ediləcək infrastruktur layihələrindən asılı olacaq.
Zəmanətlərin azalması: "Cənub Qaz Dəhlizi"nin avrobond (Eurobond) öhdəliklərini geri ödəməsindən sonra, dövlətin verdiyi xarici zəmanətlərin həcmi 2026-cı ilin birinci rübündə 3 milyard dollara qədər geriləyib.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026