Bəhreynin “Alba” şirkəti Avropanın ən iri alüminium zavodunu satın alır

11:06 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Bəhreynin “Aluminium Bahrain” (Alba) şirkəti Aİ-nin ən iri alüminium zavodu olan Aluminium Dunkerque-nin 100% səhmlərinin American Industrial Partners-dən təxminən 2,2 milyard dollara alınması barədə razılığa gəlib.

ABC.AZ xəbər verir ki, sövdələşmə Alba-nın qlobal bazarda mövqelərini gücləndirmək və daha şaxələndirilmiş sənaye platforması formalaşdırmaq məqsədi daşıyır. Maliyyələşdirməni tərəfdaş banklar təmin edəcək, Fransanın dövlət investisiya bankı Bpifrance isə 100 milyon avro yatıraraq 6% pay və direktorlar şurasında yer əldə edəcək.

Fransada yerləşən zavod ildə təxminən 300 min ton alüminium istehsal edir.