10:24 - 3.06.2026
3 iyun, Fineko/abc.az. IBM yaxın beş il ərzində kvant texnologiyalarının inkişafına 10 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, vəsait daha güclü kvant sistemlərinin yaradılmasına, proqram təminatının inkişafına və infrastrukturun genişləndirilməsinə yönəldiləcək. Şirkət 2029-cu ilə qədər ilk iri miqyaslı səhvlərə davamlı kvant kompüterini yaratmağı hədəfləyir.
IBM artıq dünyanın ən böyük kvant şəbəkələrindən birini idarə edir və bu ekosistemə 340-dan çox təşkilat daxildir. Yeni proqram səhvləri avtomatik düzəldə bilən və daha mürəkkəb hesablamalar aparan sistemlərə keçidi nəzərdə tutur.
Ekspertlər bu texnologiyaların inkişafının əczaçılıq, materialşünaslıq, maliyyə modelləşdirilməsi və süni intellekt sahələrində irəliləyişi sürətləndirə biləcəyini bildirirlər.
3 İyun 2026
3 İyun 2026