10:18 - 3.06.2026
3 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 19 milyard 424,950 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 42,7 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,8 % azalaraq 11 460 olub.
BFB-nin dövriyyəsinin 90,1 %-i və yaxud 17 milyard 500,811 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 39,8 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,7 dəfə azalaraq 1 311,091 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 2,1 dəfə azalaraq 613,048 milyon manat olub.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026