15:38 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 8 iyun 2026-cı il tarixində keçiriləcək.
ABC.AZ birjaya istinadən istiqrazların parametrlərini təqdim edir:
Emitent: "AZƏRMAŞ GROUP" MMC
Buraxılışın ümumi həcmi: 5,000,000 ABŞ dolları
İstiqrazların sayı: 50,000 ədəd
Nominal (ilkin ticarət) qiyməti: 100 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Tədavül müddəti: 2 il
Faizlərin ödəmə periodu: Hər 90 gündən bir (ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən)
İSİN kodu: AZ2002027301
İstiqrazın növü: Faizli təmin edilməmiş, sənədsiz, adlı
Ticarət üsulu: Kütləvi / Birqiymətli hərrac
Anderrayter: "Troni İ.Ş.” QSC