Azərbaycan və Esvatini Krallığı dağ-mədən sahəsində əməkdaşlıq edəcək – Memorandum imzalandı

16:35 - 21.05.2026


21 may, Fineko/abc.az. Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında dağ-mədən sənayesinin inkişafına təkan verəcək Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ "AzerGold" QSC-yə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, Esvatini Krallığı tərəfindən isə təbii sərvətlər və energetika naziri, Şahzadə Lonkhokhela imzalayıblar.

İkitərəfli əməkdaşlıq sənədi dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edərək hər iki tərəf üçün yeni perspektivlər açır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işlərinin aparılması, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, həmçinin texniki-iqtisadi əsaslandırmaların hazırlanması sahəsində birgə fəaliyyət göstərəcəklər