ABB Özbəksitanda aldığı Banka 100 milyon dollar investisiya qoyub

10:46 - 8.05.2026


8 may, Fineko/abc.az. ABB Özbəkistanın Davr Bankının 51 faizlik hissəsini alıb.

ABC.AZ xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Onun sözlərinə görə, Bankın hazırda aktivləri 1 milyard dollardır:

"İlkin olaraq biz Özbəkistan Bankına 100 milyon dollar investisiya qoymuşuq. Bankın müştəriləri 1,4 milyon nəfərdən çoxdur. Bank çevik çalışır. Biz bu Bankın üzərində dayananda işgüzar görüşlərimiz oldu. Nəyə görə bu Bankı aldıq? Çünki biz sıfırdan başlamaq istəmirdik. Həmçinin, bu Bankın beynəlxalq maliyyə qurumları ilə yaxşı əlaqələri var. Biz Özbəkistan bazarında müəyyən araşdırmalar aparanda baxdıq ki, bu Bankın digərləri ilə müqayisədə perspektivləri çoxdu. Yaxşı pul qazanır, yuxarıda da qeyd etdiyim kimi çevikdir".

Müəllif: Elmir Muradov