09:22 - 23.11.2018
23 noyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, hərrac noyabrın 27-də DOİ satışı üzrə, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026