Aİ geri qalma riski ilə üz-üzədir: köhnəlmiş iqtisadi modelə tənqid

11:53 - 4.05.2026


4 aprel, Fineko/abc.az. Belçika Mərkəzi Bankının rəhbəri Pyer Vunş Financial Times qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı köhnəlmiş iqtisadi modelə sadiq qalır və ABŞ ilə Çinin dominant olduğu yeni geosiyasi reallığa uyğunlaşmır.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, azad ticarət və dövlət dəstəyinə sərt məhdudiyyətlərin olduğu dövr artıq geridə qalıb, liberal modelin davamlılığına inanmaq isə sadəlövhlükdür. Xüsusilə enerji tutumlu sahələr daha həssasdır — Avropa burada yüksək xərclərlə üzləşsə də, istehsalı qorumağa çalışır.

Vunş həmçinin qeyd edib ki, Aİ iqlim siyasəti, rəqabətqabiliyyətlilik və bazarların açıqlığı arasında çətin kompromislərdən yayınmağa meyllidir. Onun fikrincə, bu yanaşma innovasiyalarda geri qalmağa və süni intellekt, robototexnika kimi sahələrdə qlobal standartlara təsirin azalmasına gətirib çıxarır.

Əsas səbəblərdən biri kimi o, sərt siyasi nəzarəti göstərib: onun qiymətləndirməsinə görə, Avropa demokratiyaları getdikcə real strateji qərarlar qəbul etmək qabiliyyətini itirir.