15:23 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Rusiyada yaşı 30 ildən çox olan avtomobillərə, xüsusilə Mercedes, BMW, Porsche, Bentley və Gelandewagen modellərinə maraq artıb. Bu avtomobillər, digər səbəblərlə yanaşı, belə nəqliyyat vasitələrinə tətbiq olunmayan utilizasiya rüsumuna qənaət məqsədilə də ölkəyə gətirilir.
ABC.AZ xəbər verir ki, artım ötən ilin payızında 160 at gücündən yuxarı avtomobillər üçün utilizasiya rüsumunun artırılmasından sonra başlayıb. Bununla belə, köhnə avtomobillərə maraq qismən aşağı baza effekti ilə, həmçinin işlənmiş avtomobil bazarının əsasən ölkədaxili alqı-satqılar hesabına formalaşması ilə izah olunur.
Ekspertlərin fikrincə, bu cür avtomobillərin saxlanma və təmir xərcləri çox vaxt alış qiymətini belə üstələyə bilər. Bəzi mütəxəssislər tələbi nostalji ilə və yaxşı vəziyyətdə olan köhnə avtomobillərin bahalaşması ilə əlaqələndirir, digərləri isə bunu yeni büdcə avtomobilləri əvəzinə köhnə idxal maşınlarının seçilməsi ilə izah edir.
Bu fonda Rusiyada işlənmiş avtomobil bazarı rekord yeniləyib: ilin əvvəlindən təxminən 1,5 milyon müqavilə bağlanıb, orta avtomobil qiyməti isə təxminən 1,2 min rubl təşkil edir.
30 İyul 2026
28 İyul 2026