10:02 - 29.04.2026
29 aprel, Fineko/abc.az. “Assist Finance İnvestisiya Şirkəti” ASC 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları üzrə ümumilikdə 5 mln. manata yaxın (4.854.619,39) manat dəyərində xüsusi əhəmiyyətli əqd həyata keçirib.
ABC.AZ-ın məlumatına görə, bu qərar 15 sentyabr 2025-ci il səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilib.
Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.
©Banker.az
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026