2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə endirilməlidir - Proqnoz

12:12 - 28.04.2026


28 aprel, Fineko/abc.az. “Fitch Ratings” qeyri-neft büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını və 2022–2025-ci illərdə ümumi gəlirlərin təxminən yarısını (ÜDM-in 13%-ni) təşkil etdiyini qeyd edir.

ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Agentlikdən bildirilib ki, fiskal qaydaya əsasən, qeyri-neft kəsiri 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə endirilməlidir.

Müqayisə üçün, bu göstərici 2024-cü ildə 20,4% olub. Hesabatda vurğulanır ki, buna nail olmaq üçün qeyri-neft gəlirlərinin daha da artırılması və institusional bazanın gücləndirilməsi, o cümlədən nəzarətin sərtləşdirilməsi və aydın fiskal hədəflərin formalaşdırılması tələb olunur.