Azərbaycan insan kapitalına üstünlük verən ölkədir - Nazir müavini

11:23 - 28.04.2026


28 aprel, Fineko/abc.az. Bugünkü Azərbaycan insan kapitalına, innovasiyalara və beynəlxalq əməkdaşlığa üstünlük verən sabit, dinamik şəkildə inkişaf edən iddialı ölkədir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində bəyan edib.

"Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması vacib addımdır. O, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan IE Universiteti ilə əlaqələndirir və İspaniya ilə əməkdaşlığımıza yeni təkan verir. Bizim üçün bu layihə daha dərin məna kəsb edir. Söhbət insanlardan, istedadlardan, qlobal miqyasda düşünməyə, yaradıcı fəaliyyət göstərməyə və gələcəyin iqtisadiyyatını qurmağa qadir yeni nəsil liderlərin yetişdirilməsindən gedir. Bugünkü Azərbaycan sabit, dinamik və iddialı bir ölkədir. Biz infrastruktur, nəqliyyat bağlantısı, sənaye zonaları, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlığa investisiya yatırırıq", - E.Əliyev bəyan edib.