10:01 - 27.04.2026
27 aprel, Fineko/abc.az. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 25 iyun 2026-cı il saat 12:00 da cəmiyyətin yerləşdiyi Lənkəran şəhəri, Heydər Əliyev prospektində keçiriləcəkdir.
ABC.AZ xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin 2025-ci il üçün illik hesabatı;
2. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin fəaliyyətinin 10 il müddətinə dayandırılması. Cəmiyyətin fəaliyyətinin dayandırılması barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi;
3. Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar direktorlar şurasının (müşahidə şurasının), icra orqanının (idarə heyətinin), təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə xitam verilməsi.
4. “Lənkəran Dəmir Beton Zavodu” ASC-nin işçilərinin əmək müqavilələrinə xitam verilməsi.
Ünvan Lənkəran şəhəri, Heydər Əliyev prospektidir. (Lənkəran şəhəri, keçmiş T.İsmayılov, ev 247)
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026