10:50 - 24.04.2026
24 aprel, Fineko/abc.az. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya”sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsinin artırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 1 aprel 2026-ci il tarixli qərarı ilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri Qaydası”na dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini, onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini, kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini, habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləri ehtiva edir.
Kapital tələblərinin hesablanmasında yeni yanaşma investisiya şirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiya xidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraq onların fəaliyyətinin daha mütənasib tənzimlənməsinə şərait yaradacaqdır.
İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər və leverec əmsalının minimum həddinin müəyyən olunması kapital bazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçıların dayanıqlı inkişafına xidmət edir.
27 İyul 2026
27 İyul 2026