16:56 - 23.04.2026
23 aprel, Fineko/abc.az. Bu ilin aprelin 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 37,9%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz bəndi çox) olub.
ABC.AZ ARDNF-yə istinadən xəbər verir ki, hesabat dövründə fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 46,5%-dən 23,4%-ə endirib.
Əvəzində fond “A” reytinqli alətlərin xüsusi çəkisini 17,3%-dən 25,9%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,4%-dən 0,8%-ə yüksəldib.
Bundan başqa, fond “BBB” reytinqli alətlərin xüsusi çəkisini 12,4%-dən 12,2%-ə endirib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 25,7%-i 0-1 il, 30,9%-i 1 ildən 3 ilədək, 28,7%-i 3-5 il, 24,7%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 15%, 32,8%, 24,7% və 27,5% təşkil edib.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
16 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026