Nikkei 225 tarixi maksimumunu yenilədi

14:33 - 22.04.2026


22 aprel, Fineko/abc.az. 22 apreldə Yaponiyanın fond indeksi Nikkei 225 0,40% artaraq 59 585,86 bənd səviyyəsinə yüksəlib və tarixi maksimumunu yeniləyib.

ABC.AZ xəbər verir ki, bu vaxt TOPIX indeksi 0,67% azalaraq 3 744,99 bənd təşkil edib.

Artım liderləri sırasında SoftBank Group, Resonac Holdings və Shift şirkətlərinin səhmləri yer alıb, ən iri eniş isə Sapporo Holdings, Nikon və Yokohama Rubber səhmlərində qeydə alınıb.

Ən yüksək ticarət həcmləri NTT, SoftBank Group, Tokyo Electric Power, SoftBank Corp və Sumitomo Dainippon Pharma səhmlərinə düşüb. Ümumi ticarət həcmi 505,68 milyon səhmə yüksəlib.