Overçuk Rusiya iş adamlarını Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

15:15 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya biznesini Azərbaycan hökumətinin yaratdığı imkanlardan yararlanmağa çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə o Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Mən Rusiya biznesini Azərbaycan hökumətinin təklif etdiyi təşəbbüs və imkanlara diqqət yetirməyə çağırıram", - o qeyd edib.

Overçuk həmçinin bildirib ki, analoji potensial Rusiyada, o cümlədən xüsusi iqtisadi zonalar çərçivəsində də mövcuddur. "Mən Azərbaycan biznesini də Rusiyadakı, o cümlədən xüsusi iqtisadi zonalarımız çərçivəsindəki imkanları nəzərdən keçirməyə çağırıram - bu, səmərəli kooperasiya əlaqələrinin formalaşmasına kömək edə bilər", - Baş nazirin müavini əlavə edib. ©Report