10:07 - 17.04.2026
17 aprel, Fineko/abc.az. Qlobal enerji qiymətləri üzrə proqnozların yüksəldilməsi fonunda Azərbaycan və Qazaxıstan regionda ən çox fayda əldə edən ölkələrdir.
ABC.AZ xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un təhlilində bildirilib.
Qeyd olunub ki, yeni qiymət ssenarisi Azərbaycanda makroiqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır.
Belə ki, 2026-cı ildə ölkənin cari əməliyyatlar balansının profisitinin ÜDM-in 8-9%-nə çatacağı, dövlət büdcəsində isə 4,0-4,5% səviyyəsində profisit formalaşacağı proqnozlaşdırılır.
Analitiklər hesab edir ki, bu dinamika Azərbaycanın enerji ixracatçısı kimi mövqeyinin güclənməsi ilə bağlıdır və yüksək neft qiymətləri ölkəyə əlavə valyuta axını təmin edir. ©APA
30 İyul 2026
29 İyul 2026