Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

16:28 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 2,9 % yox, 1,7 % olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, neft-qaz sektoru üzrə iqtisadi azalma proqnozu 2,4 %-dən 3,3 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə iqtisadi artım proqnozu isə 4,9 % -dən 3,7 %-ə endirilib.